Sabiq MTN polkovnikləri məhkəmədən bəraət istəyiblər


Digərləri 22 May 2018 17:51:00 247 0

Sabiq MTN polkovnikləri məhkəmədən bəraət istəyiblər

Bu gün Bakı Apellyasiya Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və digərlərinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib. 

Son.az APA-ya istinadən xəbər verir ki, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə "8-ci km" bazarı epizodu üzrə Cəfər Səfərov və Qəhrəman Səfərov ifadə veriblər.    Onlar bazarın A. Çovdarov tərəfindən zorla əllərindən alındığını deyiblər və qaytarılmasını istəyiblər.   Təqsirləndirilən şəxslərin vəkilləri müvəkkillərinin barəsində bəraət hökmünün çıxarılmasını xahiş ediblər.    Prosesdə təqsirləndirilən A. Əliyev, O. Osmanov və S. Məmmədov da çıxış ediblər. Onlar da barələrində bəraət hökmünün çıxarılmasını istəyib.    Proses mayın 23-də davam etdiriləcək.   Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin s hökmü ilə Akif Çovdarov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq əməkdaşı, polkovnik Səlim Məmmədov 11, nazirliyin sabiq idarə rəisi, mayor Akif Əliyev 5, MTN-in şöbə rəisi olmuş Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum olunub.   Məhkəmə Akif Çovdarovun general rütbəsinin alınması ilə bağlı ölkə prezidentinə təqdimat göndərilməsi barədə xüsusi qərar da çıxarıb.