Ərinin gec gələcəyini öyrənəndə sevgilisini çağırdı


Dünya 22 May 2018 17:45:00 268 0

Ərinin gec gələcəyini öyrənəndə sevgilisini çağırdı

Antalyada saç ustası Ramazan Acarın münasibətdə olduğu qadının əri tərəfindən öldürülməsi il bağlı istintaq yekunlaşıb.

Son.az Haberler-ə istinadən xəbər verir ki, arvadı ilə evdə yaxaladığı kişini qətlə yetirən Y.B. haqqında "Qəsdən adam öldürmək" əməlinə görə cinayət işi açılıb.

Sənəddə ərini saç ustası ilə aldadan Rukiye B.-nin ifadələri də yer alıb. Rukiye B. ərinin evdə onu saç ustası ilə yaxaladıqdan sonra baş verənləri danışıb:

"Ərim ilə 14 ildir evliyik. Saç ustam olduğu üçün 5-6 ildir tanıyıram. Münasibətimiz 2 ay öncə başladı. Ərimin xəbəri yox idi. Yalnız onun evində görüşürdük. Heç vaxt bizim evə gəlməmişdi. Ərim hərdən iş yerində qalırdı. Mənə o gün evə gəlməyəcəyini söyləmişdi. "Gəlsəm də gec gələcəm" demişdi. Mən də hər zamankı kimi gec gələcəyini düşünərək Ramazanı evə çağırdım. 1 saata qədər bir yerdə olarıq deyə düşünürdüm. Gələndə spirtli içki də almışdı. Birlikdə içdik, söhbət etdik.


Xəbərə aid fotolar