Juventus Saviçi istəyir


İdman 22 May 2018 17:50:00 274 0

Juventus Saviçi istəyir

Juventus yay transfer pəncərəsində orta xəttdə yaradıcı futbolçuların sayını artırmağa çalışacaq. Goal.az xəbər verir ki, "qoca senyora"nın baş məşqçisi Massimiliano Alleqri Lazio-da forma geyən Serqey Milinkoviç-Saviçi sərəncamında görmək istəyir. Emre Canın isə Çempionlar Liqasının finalından sonra Juventus-a gələcəyi gözlənilir.

Milinkoviç-Saviçin qiyməti ən azı 80-100 milyon avrodur. Juve serb futbolçunu transfer etsə, gərək kimisə satsın. Ən real namizəd Aleks Sandrodur. Braziliyalı müdafiəçinin Manchester United 60 milyon avroya satılacağı ehtimal olunur.

Alternativ variant kimi Adrien Rabyu (PSG), Lorenzo Pelleqrini (Roma) və Mateo Kovaçiç (Real) göstərilir. Hətta Pol Poqbanı Manchester United-dən qaytarmaq məsələsi də var.