25 gün əvvəl itkin düşən gəlin Abşeronda tapıldı
Digərləri 22 May 2018 17:15:00 255 0
Şəkidə 25 gün əvvəl itkin düşən gəlin tapılıb.
Son.az Trend-ə istinadən xəbər verir ki, rayon sakini, 1995-ci il təvəllüdlü Aygün Mustafayeva aprelin 27-də gecə saatlarında evdən çıxıb Abşeron rayonuna gəlib.
Qeyd edək ki, Aygün Mustafayeva Şəkinin Baş Zəyzid kəndində, həyat yoldaşının qohumunun evindən itkin düşmüşdü. Mayın 21-də axşam saatlarında qohumları onu Abşeron rayonu ərazisində tapıb və ailə üzvlərinə məlumat verib. Hazırda ailə üzvləri onu Şəkiyə gətirirlər.
Mənbə: milli.az