"Hamşik 3 ildir ki Napoli-dən getmək istəmirdi"


İdman 22 May 2018 17:12:00 251 0

"Hamşik 3 ildir ki Napoli-dən getmək istəmirdi"

Napoli-nin kapitanı Marek Hamşikin atası Riçard Hamşik onun Çindən təklif aldığını təsdiqləyib. Goal.az xəbər verir ki, futbolçunun atası hazırda danışıqların getdiyini bildirib.

"Onlar Mareklə ciddi maraqlanır, amma danışıqlar asan deyil. Son 3 ildə oğlum Napoli-dən getmək istəmirdi və skudettonu qazanmağa köklənmişdi. Bu isə yenə baş vermədi. İndi əsas çətinlik odur ki, Çində əsas transfer pəncərəsi qışda açılacaq. Ona görə Marekin Çinə nə vaxt gedəcəyi mübahisə mövzusudur. Çin çempionatında legioner limiti var. Oğlumun Napoli ilə hələ 3 illik müqaviləsi var. Buna görə hər şey klublardan asılı olacaq. Onun Çinə getmək ehtimalı 60 faizdir".