"2015dən bəri gələn yoxdur" Telefon xətti çəkdirmək istəyənlərin PROBLEMİ VİDEO FOTO


Digərləri 22 May 2018 17:05:00 310 0

"2015dən bəri gələn yoxdur"  Telefon xətti çəkdirmək istəyənlərin PROBLEMİ  VİDEO  FOTO

Son.az bildirir ki, ARB TV-nin "Günə doğru" verilişi evinə telefon çəkdirmək istəyənlər üçün reportaj hazırlayıb.

Mais Şirinov - Sakin: "Məktub yazmışıq, deyirlər gəlib çəkəcəyik. Hələ ki imkan yoxdur. Yaxın gələcəkdə gəlməlidirlər, amma 2015-dən bəri gələn yoxdur". Ev telefonlarının çəkilişi ilə qiymətlər son 10 ildə xeyli aşağı düşsədə ancaq əlçatanlıqla bağlı problem qalmaqdadır. Bakı Telefon Rabitəsi Məhdud Məsuliyyətli Cəmiyyətindən verilən məlumata görə, rabitə infrastrukturunun məhdud olduğu ərazilərdə əhalinin geniş zolaqlı telekomunikasiya xidmətləri ilə təmin olunmasına başlanıb. Qurum tərəfindən bir sıra paytaxtətrafı kəndlərdə və yaşayış massivlərində tətbiq edilən simsiz rabitə texnologiyası mərhələli şəkildə bir çox sakinin telekomunikasiya xidmətləri ilə təminatına imkan verəcək.  Nuranə Əliyeva - BTR MMC RƏSMİSİ: "Telefon çəkilişi üçün dövlət rüsumu 30 manat təşkil edir. Çəkiliş 7 iş günü ərzində baş tutur. Sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqı əhali üçün 2 matat 50 qəpik, qeyri-əhali üçün isə 7 manat 60 qəpik təşkil edir.  Osman Gündüz - Milli internet formunun prezidenti: "Evə qədər olan xərclər də operator tərəfindən ödənilir. Yalnız evin daxilindəki xərclər vətəndaş tərəfindən ödənilə bilir. 100 metrə qədər məsafə var ki, bu xərc operator tərəfindən ödənilməlidir. Bu məsafə abonentin evindən hesablanır.  Ümumiyətlə bu gün elə bir dövr gəlib çıxıb ki, ev telefonları lazımsız bir əşyaya çevrilib. Milli internet formunun prezidenti Osman Gündüz stasionar telefonların çəkilişi zamanı ən əvvəl ərazinin öyrənilməsinə ehtiyac olduğunu deyir. Çünki hal-hazırki tarfilərlə mobil telefonla danışıq müəyyən hallarda ev telefonlarından ucuz başa gəlir. Osman Gündüz - Milli internet formunun prezidenti: "Mən düşünürəm ki, bu qurumlar ciddi monitorinq aparmalıdırlar ki, mobil şəbəkənin əhatə etmədiyi ərazidə doğurdan da bu telefona ehtiyac var. Bunun üçün ciddi addımlar atılmalıdır, bir proqram qəbul edilməlidir. İndiki zamanda telefon xətti yoxdursa orada internet də yoxdur. Bu acınacaqlı haldır, yol verilməzdir.  Ekspertlər stasionar telefonların vacibliyi ilə bağlı məsələyə yenidən baxılmasının vacibliyini vurğulayır.  


Xəbərə aid fotolar