"Ətim tökülür"


Şou-biznes 22 May 2018 16:56:00 281 0

"Ətim tökülür"

Qadın aparıcılar var ki, 1-2 saat qrim otağında qalırlar. Sən 15 dəqiqə də, 1 saat da otursan eyni adamsan. Öz verilişinin, insanlara çatdıracağı üzərində düşünməkdənsə, deyir, görəsən efirdə necə görünəcəm? ATV-də qrim otağında ən tez hazırlaşan mənəm. 4 dəqiqə bəs edir ki, hazırlaşım efirə çıxım. Jurnalist kiməsə nəyisə öyrətməlidir.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Aytən Səfərova "ATV kulis" verilişində deyib. O, son günlər proqramında qalmaqallar yaşanan həmkarı Rövşanə Ağasəfqızı və prodüser Sayqa Cahidə söz atıb:

"Rəqqasənin saçları yandı, kiməsə "gədə" özünsən" dedirtmək mənlik deyil. Ucuz reytinq qazanmaq mənim verilişimdə olmayacaq, ətim tökülür. Tamaşaçıya hörmət qoymağa çalışıram.