Azərbaycanda dövlət təhsil müəssisələrinə yeni hüquq verilir


Digərləri 22 May 2018 15:49:00 246 0

Azərbaycanda dövlət təhsil müəssisələrinə yeni hüquq verilir

Dövlət təhsil müəssisələri dövlət standartlarından əlavə tədris edilən beynəlxalq səviyyədə akkreditasiya olunmuş təhsil proqramlarını ödənişli əsaslarla təşkil etmək hüququna malik olacaqlar.

Son.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı "Təhsil haqqında" qanuna dəyişiklik edilməsi təklif olunur.

Qanuna təklif edilən digər dəyişikliyə görə, valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul edilirlər.

Qanunda bir bəndin ləğvi təklif edilir. Bu bəndə görə, valideynlərin və ya uşaqların digər qanuni nümayəndələrinin arzusu ilə təhsil müəssisəsi хüsusi istedadlı uşaqları müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi qaydada daha erkən yaşda qəbul edə bilər.