Pakistanda şiddətli istilər - 65 ölü


Digərləri 22 May 2018 15:48:52 178 0

Pakistanda şiddətli istilər - 65 ölü

Pakistanda son bir neçə gün qeydə alınan şiddətli isti azı 65 nəfərin ölümünə səbəb olub

Bakı. Orxan Nəbiyev - Pakistanda son bir neçə gündə qeydə alınan şiddətli isti azı 65 nəfərin ölümünə səbəb olub. Trend-in məlumatına görə, ölkənin ən iri şəhərlərindən olan Kəraçidə temperatur 45 dərəcəyədək çatır. Şəhərdə işıqların gün ərzində tez-tez kəsilməsi də sərinləşdirici qurğuları işə salmağa imkan vermir.