Azərbaycanda beynəlxalq olimpiadaların qaliblərinə ali təhsil müəssisələrinə ixtisas seçimində qoyulan məhdudiyyət aradan qaldırılır


Digərləri 22 May 2018 15:26:15 162 0

Azərbaycanda beynəlxalq olimpiadaların qaliblərinə ali təhsil müəssisələrinə ixtisas seçimində qoyulan məhdudiyyət aradan qaldırılır

Qanunun 26-1-ci maddəsinə dəyişiklik edilir

Azərbaycanda beynəlxalq fənn olimpiadalarının qaliblərinə ali təhsil müəssisələrinə ixtisas seçimi zamanı qoyulan məhdudiyyət aradan qaldırılır.

“Report”un xəbərinə görə, bununla bağlı “Təhsil haqqında” qanunun 26-1-ci (Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun ümumi qaydaları) maddəsinə dəyişiklik edilir.

Maddənin 5-ci bəndi yeni redaksiyada verilir: Beynəlxalq fənn olimpiadalarının qalibləri istənilən ixtisaslar üzrə, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışarın qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.

Qüvvədə olan bənd isə belədir: Dünya fənn olimpiadalarının, yüksəksəviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Bu olimpiadaların, beynəlxalq müsabiqələrin və yarışların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.