BANMın tələbələri “SOCAR – KBR” tərəfindən işə götürüləcək FOTO


Digərləri 22 May 2018 15:36:00 320 0

BANMın tələbələri “SOCAR – KBR” tərəfindən işə götürüləcək  FOTO

Bakı Ali Neft Məktəbində (BANM) SOCAR - KBR MMC şirkəti ilə görüş keçirilib.

Ali Məktəbdən Son.az-a verilən məlumata görə, tədbirdə BANM-ın rektoru Elmar Qasımov, "SOCAR-KBR" MMC-nin Baş menecerinin müavini Nazim Qasımov, insan resursları üzrə menecer Səidə Qurbanova, əməliyyat meneceri Dave Clouting, BANM-ın sonuncu kurs tələbələri və əməkdaşları iştirak ediblər.

Ali Məktəbin rektoru Elmar Qasımov "SOCAR - KBR" şirkətinin BANM-ın tələbələrinə olan marağını yüksək qiymətləndirdiyini qeyd edərək, qonaqlara təşəkkür edib. Rektor artıq neçə vaxtdır şirkətlə BANM arasında gedən danışıqlar əsasında SOCAR-ın iki müəssisəsi arasında əməkdaşlığın genişlənərək hazırki səviyyəyə gəlməsindən məmnunluğunu bildirib.

"SOCAR-KBR"in Baş menecerinin müavini Nazim Qasımov tələbələri salamlayaraq şirkət haqqında qısa məlumat verib və onları şirkətlə əməkdaşlığa ruhlandırıb.

Şirkətin əməliyyat mühəndisi Dave Clouting 2015-ci ildə yaradılan "SOCAR-KBR" şirkətinin məqsədi, fəaliyyət sahəsi, şirkətin üzərində işlədiyi layihələr haqqında geniş təqdimatla tələbələr qarşısında çıxış edib. Daha sonra o, BANM-ın tələbələri üçün nəzərdə tutulmuş treninq planlarından danışıb, treninq keçiriləcək sahələri açıqlayıb.


Xəbərə aid fotolar