"TuranBank"a hücum edən şəxsin məhkəməsi başladı


Digərləri 22 May 2018 15:21:00 247 0

"TuranBank"a hücum edən şəxsin məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində banka hücum etməkdə təqsirləndirilən Nazim Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Bakı. Samir Əli - Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində banka hücum etməkdə təqsirləndirilən Nazim Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Trend-in məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, təqsirləndirilən şəxs özünə yeni vəkil tutub. Vəkil işlə tanış olmaq üçün məhkəmədən 1 həftə vaxt istəyib. Vəkilin vəsatəti təmin olunub və növbəti məhkəmə prosesi mayın 29-na təyin edilib.