İş axtaranların nəzərinə! Dövlət orqanlarında 27 yer boşdur


Digərləri 22 May 2018 15:12:00 202 0

İş axtaranların nəzərinə! Dövlət orqanlarında 27 yer boşdur

Dövlət İmtahan Mərkəzi tərəfindən 22 may 2018-ci il tarixindən 11 dövlət orqanında inzibati vəzifələrin A və B növü üzrə 27 vakant vəzifənin tutulması üçün ümumi müsahibə elan edilib.

DİM-dən Son.az-a verilən məlumata görə, ümumi müsahibəyə çıxarılan vəzifələrdən 6-ı A növü - inzibati rəhbər vəzifələr üzrə (Energetika Nazirliyi - 6 vəzifə), 21-i isə B növü - inzibati icraçı vəzifələr üzrə olmaqla (Energetika Nazirliyi - 1 vəzifə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi - 1 vəzifə, Şirvan Apellyasiya Məhkəməsi - 3 vəzifə, Əmlak Məsələləri Dövlət Komitəsi - 2 vəzifə, Hesablama Palatası - 1 vəzifə, Maliyyə Nazirliyi - 4 vəzifə, Şabran Rayon Məhkəməsi - 2 vəzifə və Lənkəran Ağır Cinayətlər Məhkəməsi - 2 vəzifə, Təhsil Nazirliyi - 3 vəzifə, Şirvan Apellyasiya Məhkəməsi - 1 vəzifə, Kəlbəcər Rayon Məhkəməsi - 1 vəzifə) mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatlarında, tabeliyində olan qurumlarında, yerli təşkilatlarında və rayon məhkəmələrindədir.

Ümumi müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifələr inzibati vəzifələrin 4-cü təsnifatına uyğun olan Energetika Nazirliyi İnsan resursları və dövlət qulluğu şöbəsi, Kadr siyasəti sektoru şöbə müdirinin müavini-sektor müdiri, Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri, Beynəlxalq Əməkdaşlıq şöbəsi, Dövlətlərarası əməkdaşlıq sektoru şöbə müdirinin müavini-sektor müdiri, Strateji proqramlar və islahatlar şöbəsi-şöbə müdirinin müavini, inzibati vəzifələrin 5-ci təsnifatına uyğun olan Energetika Nazirliyi İnsan resursları və dövlət qulluğu şöbəsi, Dövlət qulluğu sektorunun müdiri, Çağrı Mərkəzi sektorunun müdiri vəzifələridir.