İtaliyanın 3 futbolçusu Neapol mafiyası ilə əlaqədə şübhəli bilinir


İdman 22 May 2018 15:08:00 296 0

İtaliyanın 3 futbolçusu Neapol mafiyası ilə əlaqədə şübhəli bilinir

İtaliya məşhur Neapol mafiyası "Kamorra" ilə bağlı araşdırma aparılır. Bir neçə futbolçunun da bu təşkilatla əlaqəsi olduğu ehtimal edilir. Goal.az xəbər verir ki, Pepe Reyna və sabiq futbolçular Paolo Kannavaro, Salvatore Aronika polis bölməsində dindirilib. Onların şübhəli biznes sahibi Qabriele Esposito, eyni zamanda onun qardaşları Françesko və Cüzeppe ilə münasibəti nəzərdən keçirilir.

İtaliya Futbol Federasiyası adı çəkilən futbolçuların keçmiş klubları Napoli, Sassuolo və Palermo-nu bu barədə artıq məlumatlandırıb.