Şəkili gecə vaxtı “Uşaq aləmi”nə girdi


Kriminal 22 May 2018 14:46:00 274 0

Şəkili gecə vaxtı “Uşaq aləmi”nə girdi

Mayın 21-nə keçən gecə saat 1.20-də Şəki Rayonlararası Mühafizə Şöbəsinə şəhər ərazisindəki qorunan mağazaların birindən həyəcan siqnalı daxil olub.

DİN-dən Son.az-a verilən məlumata görə, dərhal hadisə yerinə - M.Müşfiq küçəsindəki "Uşaq aləmi" mağazasına gələn polis əməkdaşları qapının qıfılını sındıraraq oradan oğurluğa cəhd edən şəxsi cinayət başında yaxalayıblar.

Şəki Şəhər Rayon Polis Şöbəsinə təhvil verilən həmin şəxsin Qoxmuq kənd sakini İlkin Məhərrəmli olduğu müəyyən edilib. Şəxsi axtarış zamanı ondan 1 ədəd maska, 2 ədəd şüşəkəsən və 1 ədəd qıfılsındıran alətlər aşkar edilərək götürülüb.