Borussia-nın yeni baş məşqçisi açıqlanıb


İdman 22 May 2018 14:44:00 262 0

Borussia-nın yeni baş məşqçisi açıqlanıb

Borussia dortmund yeni baş məşqçisinin adını açıqlayıb. Gözlənildiyi kimi, komandanın sükanı arxasına Lüsyen Favr keçib. Goal.az xəbər verir ki, isveçrəli mütəxəsislə 2020-ci ilin yayına kimi müqavilə imzalanıb. 60 yaşlı çalışdırıcının son iş yeri Nice olub. O, ilk mövsümündə klubu Fransa Liqasında 3-cü etmişdi.

Borussia-nın keçmiş baş məşqçisi isə Peter Ştöqer idi. Avstriyalı mütəxəsis Bundesliqada mövsüm başa çatan kimi istefa vermişdi.