Lənkəranda adı “Qırmızı kitab”a düşən kəpənək aşkar edilib (FOTO)


Digərləri 22 May 2018 14:21:00 259 0

Lənkəranda adı “Qırmızı kitab”a düşən kəpənək aşkar edilib (FOTO)

Dövlət Fitosanitar Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən həyata keçirilən növbəti monitorinqlər zamanı Lənkəran rayon ərazisində, “Hirkan milli parkı”na yaxın şəxsi təsərrüfat sahələrində naməlum kəpənəklərin tırtılları aşkar edilib.

Bakı. Dövlət Fitosanitar Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən həyata keçirilən növbəti monitorinqlər zamanı Lənkəran rayon ərazisində, “Hirkan milli parkı”na yaxın şəxsi təsərrüfat sahələrində naməlum kəpənəklərin tırtılları aşkar edilib. Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, aşkar olunan tırtıllar Dövlət Xidmətinin Respublika Karantin Ekspertiza Mərkəzinin müvafiq laboratoriyasında yoxlamadan keçib və onun “Qırmızı kitab”da qeydiyyatda olan nadir Maxaon kəpənəyinin (popilio machaon L.) tırtılları olduğu məlum olub. Son dərəcə nadir növ olan Maxaon kəpənəyi (popilio machaon L.) Pulcuqluqanadlılar, yaxud Kəpənəklər – (Lepidoptera Yelkənciklər – Papilinoidae) dəstəsinə aiddir. Bu kəpənəklər daha çox Rusiyanın Volqoqrad əyalətində yayılıb. Meşə və meşə ətrafı, bataqlıq və çay kənarları, becərilməyən, tərk edilmiş ərazilərdə müşahidə olunur və alaq otları üzərində yaşayıb çoxalırlar. İl ərzində iki nəsil verir. Birinci nəsil may ayının ortalarından başlayaraq iyun ayının ortalarına qədər, ikinci nəsil isə iyun ayının II yarısından avqust ayının ortalarına qədər davam edir. Quru yamaclarda və daşlı yerlərdə friqanoid bitkilər yetişən sahələrdə yaşayan kəpənəklər mayın sonu, iyunun əvvəllərində uçur.