Azərbaycanda zorakılıq hallarının qarşısının alınması üçün YENİ YOL - Onlayn monitorinq sistemi qurulacaq (ÖZƏL)


Digərləri 22 May 2018 14:04:50 196 0

Azərbaycanda zorakılıq hallarının qarşısının alınması üçün YENİ YOL - Onlayn monitorinq sistemi qurulacaq (ÖZƏL)

Azərbaycanda zorakılıq hallarının qarşısının alınması üçün tamamilə yeni texnologiyanın- onlayn monitorinq sisteminin qurulması nəzərdə tutulur.

Bakı. İlhamə İsabalayeva - Azərbaycanda zorakılıq hallarının qarşısının alınması üçün tamamilə yeni texnologiyanın - onlayn monitorinq sisteminin qurulması nəzərdə tutulur. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov özəl olaraq Trend-ə bildirib ki, onlayn monitorinq sisteminin qurulması məsələsi məişət zorakılığı və qadın hüquqlarının təmini ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi üçün komitə tərəfindən hazırlanan təkliflər paketinə daxildir. Təkliflərin il ərzində hazırlanaraq qəbul edilməsi nəzərdə tutulur. E.Səfərov əlavə edib ki, ailələrdə zorakılıqların qarşısının alınması üçün yeni - onlayn texnologiyaların tətbiqi vacibdir. Komitə rəsmisinin sözlərinə görə, ailədə baş verən zorakılıq halları ilə bağlı yerlərdə monitorinqlərin aparılması çox çətindir. Çünki zorakılığa görə risk qrupuna daxil olan ailələrdə gün ərzində monitorinqlərin aparılması mümkünsüzdür. Onlayn monitorinq sistemi isə ailədə baş verən zorakılıq hallarını aşkarlamağa və onun qarşısını almağa imkan verəcək.