Qarabağ atları Londonda təqdim olundu


Digərləri 22 May 2018 13:59:02 226 0

Qarabağ atları Londonda təqdim olundu

Dövlət Sərhəd Xidmətinin “Süvarilər” atlılar dəstəsi “Land of Fire - Azerbaijan” adı ilə Qarabağ atlarını təqdim ediblər.

Bakı. “Royal Windsor Horse Show” atçılıq tədbirinin 75 illik yubileyi münasibətilə təşkil olunan mərasimdə Dövlət Sərhəd Xidmətinin “Süvarilər” atlılar dəstəsi “Land of Fire - Azerbaijan” adı ilə Qarabağ atlarını təqdim ediblər. Trend-in məlumatına görə, şou proqram Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı, Mədəniyyət Nazirliyi və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə təşkil olunub.