Şəhid olan əsgərimiz “Şücaətə görə” medalı ilə təltif olundu


Digərləri 22 May 2018 13:31:00 289 0

Şəhid olan əsgərimiz “Şücaətə görə” medalı ilə təltif olundu

Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin təxribatının qarşısını alarkən həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Adil Əli oğlu Tatarov "Şücaətə görə" medalı ilə təltif olunub.

Son.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Medal sabah Ağstafa rayonunun Qıraq Kəsəmənli kəndində şəhidin ailəsinə təqdim olunacaq.