“Mətanət İsgəndərli oxumasa yaxşıdır”


Şou-biznes 22 May 2018 13:34:00 293 0

“Mətanət İsgəndərli oxumasa yaxşıdır”

ARB TV-nin "Səhər-Səhər" verlişinin növbəti qonağı müğənni, aktrisa Nəzakət Məmmədova olub. Son.az bildirir ki, Nəzakət Məmmədova efirdə olduqca iddialı danışıb: "Mən İlhamə xanım ola bilmərəm. Amma İlhamə xanımdan sonra onun mahnılarını mənim kimi heç kim ifa edə bilməz. Misal üçün, "Kaman" mahnısını Zamiq də ifa etdi, Mətanət xanım da ifadə etdi. Zamiq kişi olaraq bir obraz yaratdı, amma Mətanət xanımın oxumağı şəxsən mənim xoşuma gəlmir. Oxumasa, ondan yaxşı idi, o dərəcədə. O mahnı onluq deyildi".


Xəbərə aid foto