Serbiya Azərbaycanı dəmir yolu sisteminin modernləşdirilməsində iştiraka dəvət edir


Siyasət 22 May 2018 13:13:34 233 0

Serbiya Azərbaycanı dəmir yolu sisteminin modernləşdirilməsində iştiraka dəvət edir

Serbiya "Azərbaycan Dəmir Yolları" QSC-ni ölkənin dəmir yolu sisteminin modernləşdirilməsində iştirak etməyə dəvət edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandr Vuçiç Bakıda keçirilən Azərbaycan-Serbiya işgüzar görüşündə deyib.

Dövlət başçısı bildirib ki, Serbiya öz bazarında Azərbaycan şirkətlərinin rəqabətədavamlılığını görməkdən şad olacaq.