Bu il dərmandan zəhərlənənlərin sayı qaz zəhərlənmələrindən çox olub


Digərləri 22 May 2018 13:21:00 241 0

Bu il dərmandan zəhərlənənlərin sayı qaz zəhərlənmələrindən çox olub

Bu ilin yanvar ayından indiyədək olan müddətdə Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinin (KTM) Toksikologiya şöbəsinə dəm qazından zəhərlənmə diaqnozu ilə 21 nəfər müraciət edib.

Son.az xəbər verir ki, bunu özəl olaraq Trend-ə Səhiyyə Nazirliyinin KTM-nin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilənlər arasında ölüm halı qeydə alınmayıb. Zəhərlənmələrin hamısı evdə baş verib.