Prezident: "Serbiya Azərbaycan şirkətlərinə subsidiyalar verməyə hazırdır"


Siyasət 22 May 2018 12:40:00 261 0

Prezident: "Serbiya Azərbaycan şirkətlərinə subsidiyalar verməyə hazırdır"

"Serbiya azərbaycanlı sahibkarları ölkə iqtisadiyyatının bir sıra sahələrinə investisiya qoymağa çağırır".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç Bakıda keçirilən Azərbaycan-Serbiya işgüzar görüşündə deyib.

Dövlət başçısı bildirib ki, Serbiya Azərbaycan şirkətlərinə müxtəlif güzəştlər, imtiyazlar və subsidiyalar verməyə hazırdır.