Cengiz Ünder İtaliyada mükafatlandırıldı


İdman 22 May 2018 12:49:00 274 0

Cengiz Ünder İtaliyada mükafatlandırıldı

Roma-nın yarımmüdafiəçisi Cengiz Ünder mükafatlandırılıb. Goal.az xəbər verir ki, Türkiyə millisinin üzvü 29-cu USSI Roma gecəsində komandasının geridə qalan mövsümdə "ən yaxşı gənc futbolçusu" seçilib. Mərasimdə paytaxt klubunun baş məşqçisi Eysebio Di Françesko, idman direktoru Ramon Monçi, Türkiyənin İtaliyadakı səfiri Murat Selim Esenli, FİFA meneceri Bayram Tutumlu və digər qonaqlar iştirak edib.

"İlk mövsümümdə bu mükafatı aldığıma görə çox sevinirəm. Roma-da edəcəyim çox şey var. Ümid edirəm, növbəti mövsüm daha yaxşı çıxış edərik. Baş məşqçinin etimadını qazanmaq xoşdur. Qollar vurmağa başlayınca mənə olan inam artdı. Mən də o etimadı boşa çıxarmamağa çalışdım" - gənc futbolçu deyib.