Şagirdlərin davamiyyəti barədə SMSbildiriş dayandırılır


Digərləri 22 May 2018 12:25:00 217 0

Şagirdlərin davamiyyəti barədə SMSbildiriş dayandırılır

İyul ayından etibarən şagirdlərin dərslərə davamiyyəti barədə valideynlərə SMS-bildiriş xidməti müvəqqəti olaraq dayandırılacaq.

Son.az xəbər verir ki, bu barədə Trend-ə "Mobile Solutions & Marketing Technologies" şirkətindən (xidmətin operatoru) bildiriblər.

Şirkətdən deyiblər ki, yay tətili ilə əlaqədar olaraq, SMS-bildiriş xidməti yeni tədris ilinə qədər müvəqqəti dayandırılacaq.

Cari tədris ili məktəblərdə iyunun 14-də başa çatır. Son imtahanların qiymətlərinin də elektron jurnala yazılması səbəbindən SMS-bildiriş xidməti iyunun sonunadək açıq olacaq. Bununla belə, iyunda xidmətdən istifadəyə görə abunə haqqı tutulmayacaq.