Manchester City-nin sabiq məşqçisi Premyer Liqaya qayıtdı


İdman 22 May 2018 12:30:00 242 0

Manchester City-nin sabiq məşqçisi Premyer Liqaya qayıtdı

Manchester City-nin sabiq çalışdırıcısı Manuel Pelleqrini yenidən Premyer Liqada işləyəcək. Goal.az xəbər verir ki, West Ham United çilili mütəxəsislə 3 illik müqavilə imzalayıb. 64 yaşlı Pelleqrini bu postda Devid Moyezi əvəzləyəcək. Onun illik məvacibi təxminən 7 milyon funt təşkil edəcək. Bura qazanılan nailiyyətlərə görə nəzərdə tutulan bonuslar da daxildir.

Qeyd edək ki, Pelleqrini 2013/14 mövsümündə Manchester City-ni Premyer Liqada çempionluğa çatdırmışdı.