Antuan Qrizmann qərar verməkdə çətinlik çəkir


İdman 22 May 2018 12:13:00 229 0

Antuan Qrizmann qərar verməkdə çətinlik çəkir

Atletico Madrid-in hücumçusu Antuan Qrizmannın gələcək taleyi hələ məlum deyil. Goal.az "Marca" nəşrinə istinadən xəbər verir ki, fransalı futbolçu La Liqanın 38-cu turunda Eibar-la matçdan öncə klub rəhbərliyinə qalmaq istədiyini bildirib. Futbolçu və klub Fernando Torresin vida matçını keçirməsi səbəbindən bunu açıqlamamaq qərarına gəlib.

Oyun zamanı bir qrup azarkeş Qrizmannı fitə tutub. Baş məşqçi Diyeqo Simeone onların 40-50 nəfər olduğunu deyib. 27 yaşlı futbolçu bu münasibətdən çox məyus olub.

Atletico daha sonra Barcelona-nı azarkeşləri təxribata çəkməkdə ittiham edib. Madrid klubunun iddiasına görə, katalonlar mətbuatda Qrizmannla razılıq əldə etdikləri barədə xəbərləri yaymaqla qarşı tərəfin azarkeşlərini qıcıqlandırıb.

Hücumçunun baş verən xoşagəlməz hadisədən sonra fikrini dəyişib-dəyişmədiyi açıqlanmır. Onun yaxın ətrafı da yekdil məsləhət vermir. Bəziləri futbolçuya Barcelona-ya getməyi, həyat yoldaşı daxil olmaqla bir neçə dostu isə Atletico-da qalmağı tövsiyə edir.