İyunun 30dək Azərbaycanda xarici şirkətlərin və sahibkarların hesabları yoxlanılacaq


Digərləri 22 May 2018 12:05:00 255 0

İyunun 30dək Azərbaycanda xarici şirkətlərin və sahibkarların hesabları yoxlanılacaq

Azərbaycanda Ümumi Hesabatlılıq Standartı əsasında xarici dövlətlərin fiziki və hüquqi şəxslərinə məxsus hesablar üzrə hərtərəfli yoxlama prosedurları açıqlanıb.

Son.az APA-ya istinadən xəbər verir ki, bu, vergilər naziri Mikayıl Cabbarovun əmri ilə təsdiqlənən "Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların müəyyən edilməsi ilə bağlı hərtərəfli yoxlama prosedurlarının həyata keçirilməsi Qaydaları"nda əksini tapıb.

Açılma tarixinə görə hüquqi və fiziki şəxslərə məxsus hesablar aşağıdakılara bölünür:

- əvvəlcədən mövcud olan hesablar - 1 iyul 2017-ci il tarixinədək hesabat verən maliyyə institutunda mövcud olan hesablar;

-   yeni hesablar - 1 iyul 2017-ci il tarixində və ya bu tarixdən sonra hesabat verən maliyyə institutunda açılan hesablar.

Azərbaycan qanunvericiliyində həyatın yığım sığortası müqaviləsi və ya annuitet sığortası müqaviləsinin tərəfi qismində qeyri-rezidentlərin olmaması nəzərdə tutulduğu halda, həmin müqavilə üzrə fiziki şəxslərin əvvəlcədən mövcud olan hesablarının hesabat verilməli hesablar olmasının müəyyən edilməsi və ya barəsində hesabat verilməsi tələb edilmir. Yoxlanılması, müəyyən edilməsi və barəsində hesabat verilməsi tələb edilən fiziki şəxslərin əvvəlcədən mövcud olan hesablarının aşağıdakı növləri vardır:

- aşağı dəyərli hesablar - 30 iyun 2017-ci il tarixinə qalığı və ya dəyəri 1000 000 ABŞ dollarını keçməyən əvvəlcədən mövcud olan hesablar;

- yüksək dəyərli hesablar - 30 iyun 2017-ci il tarixinə və ya hər hansı növbəti təqvim ilinin 31 dekabr tarixinə qalığı və ya dəyəri 1 000 000 ABŞ dollarını keçən əvvəlcədən mövcud olan hesablar.

Fiziki şəxslərin aşağı dəyərli hesabları üzrə hərtərəfli yoxlama prosedurlar zamanı hesabat verən maliyyə institutu fiziki şəxslərin aşağı dəyərli hesabları üzrə barəsində hesabat verilməli hesabların müəyyənləşdirilməsi məqsədilə rezidentlik ünvanı testi və elektron axtarış metodların tətbiqi barədə qərar qəbul edə bilər. Hesab AML/KYC tələblərinin Azərbaycan Respublikasında tətbiq edilməsi barədə qanunvericilik qüvvəyə minənədək açılmışdırsa, hesabat verən maliyyə institutunun sərəncamında olan məlumatlarda faktiki rezidentlik ünvanı həmin maliyyə institutunun əldə etdiyi ən son sənədlərdə (məsələn, dövlət vergi orqanı tərəfindən verilmiş bildirişlər, kommunal xidmətlərdən istifadəyə dair bildiriş və ya qəbzlər, daşınmaz əmlakın icarəsinə dair sənəd və ya digər sənədlər) olan ünvan hesab olunur. Bu yarımbənddə nəzərdə tutulan hesaba münasibətdə hesabat verən maliyyə institutundan tələb olunur ki, faktiki rezidentlik ünvanının dəqiqləşdirilməsi ilə bağlı hesab sahibi ilə əlaqə saxlayaraq müvafiq yazılı dəlillərin əldə olunması üçün tədbirlər görsün. Həyatın yığım sığortası müqaviləsinə münasibətdə faktiki rezidentlik ünvanının hesabat verən maliyyə institutu tərəfindən qeyri-düzgün hesab edilməsi və ya hesab edilməyə əsas olmasına səbəb olan dəyişikliyin baş verməsinədək və ya müqavilənin ödəniş (tam və ya qismən) tarixinədək hesabat verən maliyyə institutunun sərəncamında olan məlumatlardakı faktiki rezidentlik ünvanı əsas götürülə bilər. Rezidentlik ünvanı testinə əsaslanan hesabat verən maliyyə institutunun yazılı dəlilləri qeyri-düzgün və ya əsassız hesab etməsi, yaxud hesab etməyə əsası olmasına səbəb olan dəyişiklik baş verərsə, həmin maliyyə institutu müvafiq təqvim ilinin və ya digər hesabat dövrünün sonunadək, yaxud bu cür dəyişikliyin aşkar edilməsindən sonra 90 günədək (göstərilən müddətlərdən daha geci tətbiq olunmaq şərtilə) hesab sahibinin vergi məqsədləri üçün rezidentliyini müəyyən etmək üçün özünüqiymətləndirmə sənədi və yeni yazılı dəlillər əldə etməlidir. Hesabat verən maliyyə institutu qeyd olunan müddət ərzində özünüqiymətləndirmə sənədi və yeni yazılı dəlillər əldə edə bilmirsə, elektron axtarış aparmalıdır.

Faktiki rezidentlik ünvanı testinin tətbiqi barədə qərar qəbul etməyən hesabat verən maliyyə institutu fiziki şəxslərin aşağı dəyərli hesabları üzrə hesabat verilməli hesabların müəyyənləşdirilməsi məqsədilə aşağıdakı əlamətlər nəzərə alınmaqla elektron məlumat bazasında olan məlumatlar əsasında axtarış aparmalıdır:

- hesab sahibinin xarici dövlətin rezidenti kimi identifikasiyası;

-  xarici dövlətdə cari poçt və ya yaşayış ünvanı (abunə qutusu ünvanı daxil olmaqla);

-  xarici dövlətdə bir və ya bir neçə telefon nömrəsinin olması və Azərbaycana Respublikasına aid telefon nömrəsinin olmaması;