Sulutəpədən Bakı-Sumqayıt yoluna hərəkət məhdudlaşdırılır


Digərləri 22 May 2018 12:03:00 313 0

Sulutəpədən Bakı-Sumqayıt yoluna hərəkət məhdudlaşdırılır

Rənglənmə işləri ilə əlaqədar hərəkət qismən məhdudlaşdırılır.

Bakı. Samir Əli - Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Binəqədi rayonu, Sulutəpə dairəsindən Bakı-Sumqayıt yoluna çıxışa qədər olan hissədə üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır. "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, bu məqsədlə axşam saatlarınadək avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılır.