Cavid Hüseynov: "Sən niyə özünü araya soxursan?"


İdman 22 May 2018 11:50:00 279 0

Cavid Hüseynov: "Sən niyə özünü araya soxursan?"

Motivasiya doğrudan da yox idi. Buna baxmayaraq, mövsümü məğlubiyyətsiz də başa vurmaq olardı. 3 qol şansımız oldu. Birincisini elə mən vurmalı idim. Lakin heç birindən yararlana bilmədik.

Goal.az-ın məlumatına görə, bu sözləri Qəbələ-nin kapitanı Cavid Hüseynov evdə Qarabağ-a 0:1 hesabı ilə uduzduqları matçdan sonra deyib.

O, meydandan qovulduğu epizod haqda da danışıb: "Yenə də problem yoxdur (gülür). Millidən kənarda qalmaq? Həyatda hər şey mümkündür. Əslində elə bir şey olmamışdı. Həmin epizodda əvvəlcə Miçellə danışırdım. Sonradan Dani Kintana arxadan deyinə-deyinə gəldi. Deyəsən, söyüş söyürdü. Mən də əsəblərimi cilovlaya bilmədim. Dedim ki, mən Miçellə danışıram, sən niyə özünü araya soxursan? Ani qığılcım baş verdi. Sonradan Kintana üzr istədi".

C.Hüseynov  Azərbaycan Kubokunun finalına "Keşlə"yə qarşı keçirəcəkləri matç barədə də fikirlərini bildirib: "Qəbələ"nin kuboku qazanma şansları yarıbayarıdır. Final bir oyundan ibarətdir. Gərgin və maraqlı görüş olacaq".