Lənkəranda "07" "KamAZ"la toqquşub, üç nəfər xəsarət alıb


Sosial 22 May 2018 11:33:30 265 0

Lənkəranda "07" "KamAZ"la toqquşub, üç nəfər xəsarət alıb

Yaralılardan ikisinin vəziyyəti ağırdır

Lənkəranda "VAZ 2107" markalı minik avtomobili ilə "KamAZ" markalı yük maşınıtoqquşub.

“Report”un Cənub bürosunun məlumatına görə, hadisə Ələt- Astara magistralının Lənkəran rayonunun Bürcəli kəndi ərazisindən keçən hissəsindəbaş verib.

Hadisə zamanı üç nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağırdır. Yaralılardan birinin boğaz nayihəsi kəsilib.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.