Qeyri-rəsmi məşğulluğun aradan qaldırılması üçün YENİ TƏKLİF


Digərləri 22 May 2018 11:37:00 286 0

Qeyri-rəsmi məşğulluğun aradan qaldırılması üçün YENİ TƏKLİF

Son dövrlər respublikamızda əhəmiyyətli sosial-iqtisadi dəyişikliklər baş verir. Bazar iqtisadiyyatının təşəkkül tapması, sahibkarlığın inkişafını təmin edən əlverişli mühitin yaradılması istiqamətində atılan önəmli addımlar əhalinin yaşayış səviyyəsinin yüksəlməsi üçün geniş imkanlar açır.

Bakı. Elçin Mehdiyev - Son dövrlər respublikamızda əhəmiyyətli sosial-iqtisadi dəyişikliklər baş verir. Bazar iqtisadiyyatının təşəkkül tapması, sahibkarlığın inkişafını təmin edən əlverişli mühitin yaradılması istiqamətində atılan önəmli addımlar əhalinin yaşayış səviyyəsinin yüksəlməsi üçün geniş imkanlar açır. Trend-in məlumatına görə, bunu “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusunda keçirilən beynəlxalq konfransda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Möhbalıyev deyib.