Kafedəki partlayışla bağlı vəzifəli şəxs tutulub


Sosial 22 May 2018 11:20:32 264 0

Kafedəki partlayışla bağlı vəzifəli şəxs tutulub

İstintaq davam etdirilir

Bakıda kafedə ölümlə nəticələnən partlayışla bağlı bir nəfər vəzifəli şəxs tutularaq istintaqa cəlb edilib.

“Report”un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, tutulan şəxs “Azərtransservis” ASC-nin təsisçisi Əyyub Haqverdiyevdir.

Tutulanlarınsayının artacağı istisna edilmir.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.3-cü (Səhlənkarlıq, iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İstintaq davam etdirilir.

Qeyd edək ki, mayın 21-də Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 25 m2 olan (10 m2 hissəsi daşdan, qalan hissəsi taxta konstruksiyalardan ibarət) kafenin içərisində propan qaz balonu partlayıb. Nəticədə tikilinin yanar konstruksiyaları yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1969-cu il təvəllüdlü İbrahimova Gülənaz Rəhim qızı və 1963-cü il təvəllüdlü Saatov Söhrab Yusif oğlunun yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar edilib. Daha 2 nəfər, 1965-ci il təvəllüdlü İbrahimova Şəkər Xosrov qızı və 1974-cü il təvəllüdlü İbrahimov Natiq Zahid oğlu müxtəlif yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. N.İbrahimov xəstəxanada ölüb.