Bakıda “Youthvision 2018” beynəlxalq mahnı müsabiqəsi keçiriləcək


Digərləri 22 May 2018 11:25:00 239 0

Bakıda “Youthvision 2018” beynəlxalq mahnı müsabiqəsi keçiriləcək

Bakıda “Youthvision 2018” beynəlxalq mahnı müsabiqəsi keçiriləcək

Bakı. Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Qızıl Qala production ilə birgə Bakı şəhərində ayın 25-də “Elektra Events Hall”da “Həmişə gənc” şüarı altında “Youthvision 2018” Beynəlxalq mahnı müsabiqəsi keçirəcək. Gənclər və İdman Nazirliyindən Trend-ə verilən məlumata görə, “Youthvision” Beynəlxalq mahnı müsabiqəsinin keçirilməsində əsas məqsəd yaradıcı və istedadlı gənclərin mədəni potensiallarının reallaşdırılması və onlar arasında beynəlxalq təcrübə mübadiləsinin həyata keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır. Müsabiqə haqqında məlumatın yerləşdirilməsi və iştirakçıların onlayn qeydiyyatı məqsədi ilə 2016-cı ildə youthvision.az saytı istifadəyə verilmişdir. Müsabiqə 14-35 yaşarası gənclər arasında keçirilir. Müsabiqədə qiymətləndirilmə beynəlxalq münsiflər heyəti tərəfindən aparılır. Bu məqsədlə hər iştirakçı dövlətdən 1 nəfər münsif üzv dəvət olunur.