Nyu-Yorkda "Baku" və "Agdam" nömrə nişanlı avtomobillər yürüş keçirib (FOTO)


Digərləri 22 May 2018 11:17:57 368 0

Nyu-Yorkda "Baku" və "Agdam" nömrə nişanlı avtomobillər yürüş keçirib (FOTO)

ABŞ-da AXC-nin 100 illiyinə həsr olunan avtomobil yürüşü təşkil olunub.

Bakı. ABŞ-da AXC-nin 100 illiyinə həsr olunan avtomobil yürüşü təşkil olunub. Trend-in məlumatına görə, Azərbaycan-Amerika Qadın Cəmiyyətinin və Nyu-York Azərbaycan evinin rəhbəri Minəvvər Vahabovanın təşkilatçılığı ilə ABŞ-da “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” kampaniyası çərçivəsində silsilə tədbirlər keçirilib. Tədbirlər Nyu-York şəhərində bir neçə yerdə təşkil edilib. Belə ki, mayın 20-də Nyu-York və ətraf ştatlarda yaşayan həmvətənlərimiz “Times Square”də bir araya gələrək dünya azərbaycanlılarına AXC-nin 100 illiyi münasibətilə təbrik mesajlarını da göndəriblər. Soydaşlarımız əllərində Azərbaycanın 1918-20 illərindəki xəritəsi olan posterlər və bayraqlar tutaraq videogörüntü vasitəsilə öz ürək sözlərini deyiblər. Həmvətənlərimiz, eyni zamanda Nyu-Yorkda yerli xalq arasında AXC haqqında məlumatlandırma aparıblar.