Şamaxı Safari Parkının qarşısındakı yolda dərinliyi 70 sm olan yeni çatlar yarandı (ÖZƏL)


Digərləri 22 May 2018 11:09:17 212 0

Şamaxı Safari Parkının qarşısındakı yolda dərinliyi 70 sm olan yeni çatlar yarandı (ÖZƏL)

Azərbaycanda, xüsusilə Şamaxı rayonunda bir sıra avtomobil yollarında sürüşmə prosesləri aktivləşib.

Bakı. İlhamə İsabalayeva - Azərbaycanda, xüsusilə Şamaxı rayonunda bir sıra avtomobil yollarında sürüşmə prosesləri aktivləşib. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Geomorfologiya və təbii risklər şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Starə Tarixazər deyib. Onun sözlərinə görə, institutun “Landşaftşünaslıq və landşaft planlaşdırılması” və “Geomorfologiya və təbii risklər” şöbələrinin əməkdaşları Şamaxı rayonunda monitorinq aparıblar. Monitorinq zamanı məlum olub ki, Bakı-Qobustan-Şamaxı yolunun 106-107-ci və 109-cu kilometrliyində bir neçə sürüşmə-çökmə baş verib, asfalt üzərində çatlar yaranıb: "Şamaxıda Pirqulu-Dəmirçi istiqamətindəki yolda da həmin proseslər müşahidə edilir. Yolun bir neçə hissəsi dağılıb. Şamaxının Safari Parkının qarşısındakı yolda uzunluğu bir neçə metr, dərinliyi 70 sm olan yeni çatlar yaranıb".