15 yaşlı azərbaycanlıdan super layihə


Digərləri 22 May 2018 10:45:00 306 0

15 yaşlı azərbaycanlıdan super layihə

Bakıdakı 220 nömrəli məktəb-liseyin IX sinif şagirdi Fuad Qocayev ənənəvi enerji əldə etmək üsulundan fərqli bir metod irəli sürüb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Son.az-a verilən məlumata görə, F.Qocayev yaşayış binalarının ətrafında alternativ enerji mənbələri aşkar etmək üçün itkiyə gedən enerjini akkumlyatorlar vasitəsilə toplamaq üsulu üzərində çalışıb.

Yaşayış binalarının ətrafından keçən yollarda avtomobillərin hərəkətindən alınan mexaniki enerjinin elektrik enerjisinə çevrilməsi və akkumlyatorlar vasitəsilə toplaması üsulu layihənin əsasını təşkil edir. Məktəbli bunun üçün yeni qurğuların hazırlanması, onların fasiləsiz işləməsinin təmin edilməsi, alternativ enerji istehsalı və toplanması üçün təkliflər irəli sürüb. Mütəxəssislər tərəfindən yüksək dəyərləndirilən layihənin uğurlu inkişaf perspektivi üçün müvafiq işlər aparılır.


Xəbərə aid fotolar