Ramil Şeydayev harada çıxış edəcəyini bilmir


İdman 22 May 2018 10:48:00 306 0

Ramil Şeydayev harada çıxış edəcəyini bilmir

Qarabağ-ın futbolçusu Ramil Şeydayev gələcək karyerası barədə qərarsızdır.

Goal.az xəbər verir ki, Şeydayev Qəbələ üzərində 1:0 hesablı qələbə qazandıqları Topaz Premyer Liqasının XXVIII tur matçından sonra dverdiyi açıqlamada Qarabağ-dakı taleyinə hələ aydınlıq gəlmədiyini vurğulayıb:

"Hələ heç nədən xəbərim yoxdur. Bu barədə bir şey danışa bilmərəm. "Neftçi"dən də mənimlə əlaqə saxlayan olmayıb. Onların mənimlə maraqlandıqlarından məlumatsızam. Müqavilə üzrə məxsus olduğum "Trabzonspor"a dönmək? Baxacağıq. Hələlik heç kiminlə danışmamışam. Fikirləşəcəyəm. Oynamaq istəyirəm. Amma harada çıxış edəcəyimi bilmirəm”.

Gənc forvard hazırkı klubunda keçirdiyi mövsümü isə belə dəyərləndirib:

"Burada çempion oldum. Bu, yaxşı haldır.  Çempion olduğumuz üçün şadam. Düzdür, burada çox oynamadım. Amma daha yaxşı səviyyədə olmaq üçün bundan da çox işləyəcəyəm. Qızıl medalın qazanılmasında əməyi olan hər kəsə təşəkkür edirəm. Zilina-nın heyətində də Slovakiya çempionu olmuşdum. Oyun planında isə az çıxış etdim. Xeyli məşq etmiş, öz üzərimdə çalışmışam. Klubuma, hər kəsə minnətdaram".