İranda göbələkdən zəhərlənib ölənlərin sayı 15ə çatdı


Dünya 22 May 2018 10:07:00 305 0

İranda göbələkdən zəhərlənib ölənlərin sayı 15ə çatdı

İranda göbələk zəhərlənməsindən ölənlərin sayı 15-ə çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, 1.017 nəfər xəstəxanada müalicəsini davam etdirir. 116 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Yasudja Tibb Elmləri Universiteti bildirir ki, göbələklərin xarici görünüşü və dadı yeməli olan göbələklərdən fərqlənmir. Onların zəhərli olduğunu yalnız laborator eksperimentlər nəticəsində müəyyən etmək mümkündür.