Topaz Premyer Liqasının medalçıları mükafatlandırıldı


İdman 22 May 2018 09:41:00 299 0

Topaz Premyer Liqasının medalçıları mükafatlandırıldı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2017/2018-ci illər mövsümünün medalçılarının mükafatlandırma mərasimi keçirilib.

Goal.az-ın məlumatına görə, "Azərsun Arena"da baş tutan mərasimdə AFFA-nın baş katibi Elxan Məmmədov, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və digər şəxslər iştirak ediblər.

Üçüncü yerin sahibi Neftçi, mövsümü ikinci sırada tamamlayan Qəbələ və çempion Qarabağ komandasının üzvləri müvafiq olaraq bürünc, gümüş və qızıl medallarla təltif olunublar.

Mərasimdə həmçinin 13 qolla Premyer Liqanın bombardiri olan "Qəbələ"nin hücumçusu Baqali Daboya xüsusi mükafat verilib.

Sonda çempionluq kuboku "Qarabağ"a təqdim edilib.