Oruc tutan və tutmayan MƏŞHURLARIMIZ


Digərləri 22 May 2018 09:12:00 225 0

Oruc tutan və tutmayan MƏŞHURLARIMIZ

Bu gün müqəddəs Ramazan ayının altıncı gününü yaşayırıq.

Son.az bu münasibətlə yerli şou nümayəndələrindən kimlərin oruc tutub, tutmadığını öyrənmək üçün sorğu keçirib.

Onlardan bir neçəsini təqdim edirik:

Xatirə İslam oruc tutduğunu bildirib: 

"Orucam. Ramazan ayının ilk günündən bu belədir".

Gənc müğənni Yaşar Yusub stabil olaraq artıq 3-üncü ildir ki, fasilə vermədən oruc tutduğunu deyib:

"Mən də oruc tuturam. Artıq 3 ildir ki, stabil olaraq oruc tuturam. Amma ondan əvvəlki illər 3 gün, 5 gün, belə ...".

Xalq artisti Məleykə Əsədovanın sualımıza cavabını təqdim edirik:

"Mən bu gün oruc tutmamışam. Amma oruc tuturam. Əgər bu gün tədbirim, tamaşam yoxdursa, hə, onda tuturam. Amma evimizdə qızım, bacılarım, hammı oruc tutur".