“Azərbaycan” jurnalının növbəti nömrəsi çapdan çıxıb


Digərləri 22 May 2018 09:10:00 248 0

“Azərbaycan” jurnalının növbəti nömrəsi çapdan çıxıb

Azərbaycan Yazıçılar Birliyinin (AYB) aylıq ədəbi orqanı “Azərbaycan” jurnalının 5-ci nömrəsi çapdan çıxıb.

Bakı. Azərbaycan Yazıçılar Birliyinin (AYB) aylıq ədəbi orqanı “Azərbaycan” jurnalının 5-ci nömrəsi çapdan çıxıb. AYB-dən Trend-ə verilən məlumata görə, jurnal Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında və 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında sərəncamları ilə başlanır. Nəşrin “Azərbaycan Xalq Cümhuriyyəti-100” adlı xüsusi bölməsində Vilayət Quliyevin “Parisə əzablı yol”, Alxan Bayramoğlunun “İstiqlalın özü və sözü”, Aydın Tağıyevin “Quba üsyanı” məqalələri yer alıb. Jurnalın növbəti xüsusi bölməsi Xalq Yazıçısı Elçinin 75 illiyinə həsr olunub. Bu bölmədə filologiya elmləri doktoru Şirindil Alışanlı “Sənətkarın obrazı” məqaləsi, Elçin “Şeytan əməlləri” adlı üç pərdəli absurd, Xalq Yazıçısı Anarın “Elçinə” şeiri ilə çıxış edib. Bölməni “Elçin haqqında nə demişlər” sərlövhəsi altında tanınmış qələm sahiblərinin yubilyar haqqında fikirləri tamamlayıb. “Poeziya” bölməsində Vaqif Bəhmənli, Nəsibə Bəyim, İlham Qəhrəman, Adil Həsənoğlu və Ağaddin Babayevin şeirləri, “Nəsr” bölməsində Vahid Məmmədlinin “Şanapipik” və “Əllərin dili ilə” hekayələri, “Ədəbi düşüncələr” rubrikasında Cavanşir Yusiflinin “Balet estetikasında tənqid” məqaləsi verilib.