Boeing qatlanan qanadlardan istifadə edəcək


Digərləri 22 May 2018 08:46:00 269 0

Boeing qatlanan qanadlardan istifadə edəcək

ABŞ Federal Mülki Aviasiya İdarəsi "Boeing777X" mülki təyyarələrində qatlanan qanadlardan istifadəni təsdiq edib.  

Son.az ICTnews-a istinadən bildirir ki, bu konstruksiya məxsusi olaraq böyük təyyarələrin anqarlarda hərəkət etmələri üçün hazırlanıb. Hava gəmisi anqarda saxlanılmamışdan əvvəl qanadların ucları qatlanaraq qaldırılacaq.

Məlumata görə, yenilik qanadlarının eni 79,9 metr təşkil edən ikigöyərtəli "A380 Airbus SE" təyyarəsi üçün böyük əhəmiyyət kəsb edir. Belə təyyarələr üçün anqarlara bütün aeroportlarda rast gəlinmir. "Boing" şirkəti artıq şarnir mexanizmli təyyarələr hazırlamağa başlayıb.