Tramp Venesuela ilə dövlət borcu əməliyyatlarının aparılmasını qadağan edib


Digərləri 22 May 2018 08:38:57 145 0

Tramp Venesuela ilə dövlət borcu əməliyyatlarının aparılmasını qadağan edib

ABŞ prezidenti bu barədə müvafiq fərman imzalayıb

Amerika prezidenti Donald Tramp Venesuela hökumətinin dövlət aktivlərini satma qabiliyyətini məhdudlaşdırmağa yönələn və ABŞ-da Venesuelanın dövlət borcu ilə istənilən əməliyyatların aparılmasını qadağan edən fərman imzalayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu bazar ertəsi jurnalistlər üçün keçirilən xüsusi brifinqdə ABŞ administrasiyasının yüksək rütbəli nümayəndəsi deyib.

"Prezident bu gün rejimin dövlət aktivlərini Venesuela xalqı hesabına aşağı qiymətə ləğv etmək qabiliyyətini məhdudlaşdıran yeni qərar qəbul edib. Venesuela aktivlərinin korrupsiyaya bulaşmış rejim tərəfindən israf edildiyi və dəyər-dəyməzinə satıldığı bir vaxtda əlimzi yanımıza qoyub oturmayacağıq", - deyə ABŞ rəsmisi əlavə edib.