Yeni nanobatareya dərhal enerji ilə dolduracaq


Digərləri 22 May 2018 08:35:00 217 0

Yeni nanobatareya dərhal enerji ilə dolduracaq

ABŞ-ın Kornell Universitetinin alimlər qrupu elektronikanı bir neçə saniyəyə enerji ilə doldurmağa imkan verən innovativ akkumulyator nanobatareyası hazırlayıb.   Son.az ICTnews-a istinadən bildirir ki, ekspertlər tərəfindən adi batareya elə şəkildə təkrar emal olunub ki, qurğunun daxilində standart elektrodlar əvəzinə, müstəqil yığılan üçölçülü struktur komponentləri bir-birinə keçirilib.   Bildirilir ki, minlərlə məsamə enerjinin saxlanılması və çatdırılması üçün lazım olan elementlərlə doldurulub. Anod rolunu çoxlu məsamələrə malik nazik spiral karbon plyonka yerinə yetirir. Katod qismində istehsalçılar tərəfindən elektronları soran kükürddən istifadə edilib. Kükürd elektriki keçirmədiyinə görə sonuncu xüsusiyyət kimi elektrikkeçirici polimerlər əlavə olunub.   Professor Ulrix Viznerin sözlərinə görə, bu, həqiqətən inqilabi batareya quruluşudur. Daxilə nüfuz edən sahə ölçülərinin nanoölçülərədək azaldılması gücü daha yüksək səviyyədə təmin edir. Enerjidən adi batareyada olduğundan daha tez istifadə edərək istənilən qurğunu dərhal enerji ilə doldurmaq mümkündür. Hazırda prototipin müəyyən çatışmazlıqlara malik olmasına görə mütəxəssislər onun üzərində işi davam etdirirlər.