Maskın yeni sürprizi: İki mühərrikli elektromobil


Digərləri 22 May 2018 08:21:00 235 0

Maskın yeni sürprizi: İki mühərrikli elektromobil

"Tesla" şirkəti iki mühərrikli, tam ötürücülüyə malik "Model 3" elektromobili üzərində işləyir.

Son.az lent.az-a istinadən xəbər verir ki, bunu şirkətin rəhbəri Elon Mask "Twitter"də yazıb.

E. Mask bildirib ki, avtomobil öz sahibinə möhtəşəm hissələr bəxş edəcək. Belə ki, yeni model 3,5 saniyəyə 96 km sürət yığacaq, maksimal sürət isə saatda 3250 km olacaq. Akkumulyatoru bir dəfə doldurmaqla 500 km məsafə qət etmək mümkündür.

"Təkərlər, boya, avtopilotdan başqa hər şey, avtomobilin qiymətinə daxildir - 78 min dollar. "BMW M3" də bu qiymətədir, lakin "Tesla" 15% daha sürətlidir və idarəetməsi rahatdır. Yürüşdə onun tayı-bərabəri olmayacaq", - deyə iş adamı qeyd edib.