ABŞ və Yunanıstan anlaşdılar


Dünya 22 May 2018 08:23:00 210 0

ABŞ və Yunanıstan anlaşdılar

ABŞ Dövlət katibi Maykl Pompeo və Yunanıstanın xarici işlər naziri Nikos Kotzias əməkdaşlığın əsas sahələri üzrə ikitərəfli strateji dialoqa başlamaq barəsində razılığa gəliblər.

Son.az Trend-ə istinadən bildirir ki, bunu ABŞ Dövlət Katibliyinin mətbuat xidmətinin rəhbəri Hezer Hauert deyib.

"Dövlət Katibi Pompeo və nazir Kotzias ikitərəfli münasibətlərin əla vəziyyətini müzakirə etdilər və əməkdaşlığın əsas sahələri üzrə ikitərəfli strateji dialoqa başlamaq barəsində razılığa gəliblər", - deyə Hauert bildirib.