Marseldə bir qrup gənc avtomatlardan atəşə tutulub


Dünya 22 May 2018 07:56:00 221 0

Marseldə bir qrup gənc avtomatlardan atəşə tutulub

Atışma nəticəsində1 nəfər yaralanıb

Fransanın Marsel şəhərində atışma nəticəsində 1 nəfər yaralanıb.

“Report” yerli "Provence" qəzetinə istinadən xəbər verir ki, eyni anda üç minik avtomobilinin sərnişini Marselin məhəllələrindən birinə gələrək bir qrup gəncə avtomat silahlardan atəş açmağa başlayıblar.

Yaralı şəxs xəstəxanaya çatdırılıb.