“Samsung” “iPhone”nun yavaşlığını lağa qoydu VİDEO


Digərləri 22 May 2018 07:11:00 234 0

“Samsung” “iPhone”nun yavaşlığını lağa qoydu  VİDEO

"Samsung" şirkəti özünün yeni flaqman smartfonu "Galaxy S9"un reklamı üçün video hazırlayıb.

Son.az lent.az-a istinadən xəbər verir ki, "Move on" (Hərəkətə davam et) adlanan videoda "Samsung" smartfonunun üstünlükləri təbliğ olunur.

Süjetin qəhrəmanı yavaş çalışan "iPhone 6" smartfonundan istifadə etdiyi üçün müxtəlif çətinliklərlə qarşılaşır. Süjetdəki digər iştirakçılar isə "Samsung Galaxy"dən istifadə etdikləri üçün bütün vəzifələrin öhdəsindən asanlıqla gəlir. 

Sonda "iPhone" işlədən yorulmuş və bezmiş qız "Galaxy S9 Plus" smartfonuna keçir.